“Dişlərin anatomik quruluşunun mumdan modelləşdirilməsi”

Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kolleci və Əziz Əliyev adına Sumqayıt Tibb Kollecinin Tələbə Gənclər Təşkilatlarının birgə təşkilatçılığı ilə “Dişlərin anatomik quruluşunun mumdan modelləşdirilməsi” mövzusunda “Toothcraft” adlı diş modelləşdirmə müsabiqəsi keçirilib.
Ortopedik stomatologiya şöbəsi tələbələrinin iştirak etdiyi müsabiqə təcrübə mübadiləsinin artırılması və praktiki bacarıqların nümayişi məqsədi daşıyıb. Sonda qaliblər medal və təltifnamələrlə mükafatlandırılıb.

Comments are closed.