17 aprel – Ümumdünya Hemofiliya Günü münasibətilə maarifləndirici seminar keçirilib

Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecində 17 aprel – Ümumdünya Hemofiliya Günü münasibətilə maarifləndirici seminar təşkil olunub.
Seminarda qonaq qismində iştirak edən Leyla Məhərrəmova – Respublika Qan Bankının Sumqayıt bölməsinin rəhbəri, həkim-hematoloq çıxış edərək hemofiliyanın etiologiyası, klinik əlamətləri, diaqnostika və müasir müalicə üsulları barədə məlumat verərək xəstələrin həyat keyfiyyətinin yaxşılaşdırılmasının mümkünlüyünü vurğulayıb.
Tədbir çərçivəsində kollecin müəllimi, pediatr Könül Qarayeva tərəfindən uşaqlarda hemofiliya xəstəliyinin xüsusiyyətləri, profilaktik tədbirlər və gündəlik həyatda diqqət edilməli məqamlar barədə təqdimat edilib.
Praktik hissəsində tələbələr tərəfindən hemofiliyalı xəstəyə travma zamanı ilkin tibbi yardımın göstərilməsini əks etdirən səhnəcik nümayiş olunub. Səhnəcikdə qanaxmanın dayandırılması, zədələnmiş nahiyənin immobilizasiyası və soyuq tətbiqin əhəmiyyəti praktiki şəkildə təqdim olunub.
Tədbirin sonunda iştirakçılara hemofiliya xəstəliyi ilə bağlı maarifləndirici bukletlər paylanılıb.

Comments are closed.