Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecində Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə əlaqədar maarifləndirici tədbir təşkil olunub.

Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecində Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə əlaqədar maarifləndirici tədbir təşkil olunub.

Tədbir çərçivəsində çıxış edən müəllim və tələbələr urbanizasiya, şəhər mühitinin insan sağlamlığına təsiri, urban stress, eləcə də “Sağlam şəhər – sağlam həyat” mövzuları ətrafında geniş məlumat veriblər. Bildirilib ki, düzgün planlaşdırılmış şəhər mühiti insanların fiziki və psixi sağlamlığının qorunmasında mühüm rol oynayır.
Eyni zamanda, ölkəmizdə şəhərsalma və memarlıq sahəsinin inkişafı, milli memarlıq irsinin qorunması və müasir yanaşmaların tətbiqinin əhəmiyyəti vurğulanıb.

Comments are closed.