Sumqayıt şəhərində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bayram tədbiri keçirilib.
Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, idarə və təşkilat rəhbərləri, şəhid anaları, qazilər və şəhərin müxtəlif sahələrində çalışan qadınlar iştirak ediblər.
Tədbir çərçivəsində cəmiyyətin müxtəlif sahələrində səmərəli fəaliyyət göstərən bir qrup qadın fəxri fərmanlarla təltif olunub. Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecinin müəllimləri də təltif olunanlar arasında yer alıb.
Müəllimlərimizi ürəkdən təbrik edirik!
