Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə dəyirmi masa təşkil olunub.
Dəyirmi masa çərçivəsində qadınların cəmiyyət həyatındakı rolu, onların təhsil və səhiyyə sahəsindəki fəaliyyəti barədə fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda kollecin Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən təhsil və ictimai fəaliyyətlərdə fəallıq göstərən bir qrup tələbəyə təşəkkürnamələr təqdim olunub.
