Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecinin tələbələri ilə “Sosial Məsələlərin Həllinə Dəstək” İctimai Birliyinin “Səyyar Addım” layihəsi çərçivəsində görüş keçirilib.
Təlimçi Nigar Əhmədova tərəfindən keçirilən təlim zamanı gənclərlə emosional zəka, düzgün qərarvermə və şəxsi inkişaf mövzularında maraqlı və faydalı müzakirələr aparılıb. İnteraktiv formatda təşkil olunan görüşdə tələbələr mövzu ilə bağlı fikirlərini bölüşərək yeni bilik və bacarıqlar əldə ediblər.
