1 Mart – Ümumdünya Mülki Müdafiə Günü

Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecində 1 Mart – Ümumdünya Mülki Müdafiə Günü münasibətilə “Dayanıqlı və sabit gələcək naminə ekoloji risklərin idarə edilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Sumqayıt Regional Mərkəzinin Mülki Müdafiə İdarəsinin əməkdaşları iştirak edib, tələbələrə fövqəladə halların qarşısının alınması, ekoloji təhlükələrin düzgün qiymətləndirilməsi və risklərin idarə olunması barədə ətraflı məlumat verib.
Çıxışlar zamanı təbii və texnogen xarakterli fövqəladə hallarda düzgün davranış qaydaları izah edilib, ilkin təhlükəsizlik tədbirləri diqqətə çatdırılıb, erkən xəbərdarlıq sistemlərinin əhəmiyyəti vurğulanıb.
Sonda tələbələrin sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Comments are closed.