Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecinin tələbələrinin iştirakı ilə Sumqayıt Gənclər Kitabxanasında Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə kitab müzakirəsi təşkil olunub.
Tədbir yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Nüşabə Məmmədlinin Xocalı soyqırımı zamanı həlak olmuş və əsir götürülmüş soydaşlarımızdan bəhs edən “Zəngulə” romanı əsasında keçirilib.
Əvvəlcə şəhidlərin və Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Kitabxananın müdiri Leyla Mahmudova çıxış edərək Xocalı faciəsinin unudulmamalı tarixi həqiqət olduğunu vurğulayıb. Daha sonra Xocalı soyqırımına həsr olunmuş kitab sərgisi nümayiş etdirilib.
Tədbir romanın müzakirəsi, sual-cavab və fikir mübadiləsi ilə davam edib, əsərin gənclərin milli yaddaşının formalaşmasındakı rolu qeyd olunub.
