26 fevral – Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar silsilə anım tədbirləri təşkil olunub.

Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecində 26 fevral – Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar silsilə anım tədbirləri təşkil olunub.
Tədbirlər çərçivəsində kollecdə Xocalı faciəsini əks etdirən fotolardan ibarət şəkillər sərgisi keçirilib. Sərgidə Xocalı soyqırımı zamanı dinc əhaliyə qarşı törədilmiş vəhşilikləri, günahsız insanların üzləşdiyi faciələri əks etdirən fotolar nümayiş olunub. Tələbələrə faciənin tarixi mahiyyəti və insanlığa qarşı törədilmiş bu cinayətin miqyası barədə ətraflı məlumat verilib.
Anım tədbirlərinin davamı olaraq kollecin rəhbərliyi, müəllim və tələbə heyətinin iştirakı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə ziyarət edilib. Abidə önünə gül dəstələri qoyulub, faciə qurbanlarının, eləcə də Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsi ehtiramla yad edilib.

Comments are closed.