“Sağlam gənclik – sağlam cəmiyyət”

Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecində Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi, Sumqayıt Şəhər Polis İdarəsi, Narkoloji Dispanser və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt şəhər bölməsinin birgə təşkilatçılığı ilə “Sağlam gənclik – sağlam cəmiyyət” mövzusunda maarifləndirici görüş keçirilib.
Tədbirin əsas məqsədi gənclərin sağlam həyat tərzinə təşviqi, narkomaniya, tütün, alkoqol və digər psixotrop maddələrin insan sağlamlığına mənfi təsiri barədə məlumatlandırılması, dini radikalizm və ekstremizmə qarşı profilaktik işin aparılması, insan hüquqları, insan alveri və zorakılığa qarşı mübarizə, erkən nikah və onun fəsadları haqqında maarifləndirmənin gücləndirilməsi olub.
Görüş zamanı mövzu ətrafında ətraflı çıxışlar edilib, tələbələri maraqlandıran suallar cavablandırılıb.

Comments are closed.