Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecində 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə dəyirmi masa təşkil olunub.
Dəyirmi masa zamanı gənclərin cəmiyyətdə rolu, onların intellektual və peşəkar inkişafı, gənclərin sosial fəallığının artırılması, eləcə də təhsil müəssisələrində gənclər siyasətinin prioritet istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb. Çıxışlarda dövlətin gənclərə göstərdiyi diqqət və qayğının əhəmiyyəti xüsusi vurğulanıb.
Sonda Kollecin ictimai həyatında fəallığı, təşəbbüskarlığı və nümunəvi fəaliyyəti ilə fərqlənən tələbələrə Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən təşəkkürnamələr təqdim olunub.
