Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecinin Əczaçılıq şöbəsində tədris prosesinin tələblərinə uyğun olaraq “Dərman bitkilərinin təsiri: farmakoqnoziya və farmakologiya aspektindən” mövzusunda tələbələrin sərbəst işlərinin slayd təqdimatı keçirilib.
“Farmakoqnoziya və botanika” fənni üzrə müəllim Mətanət Bədəlovanın rəhbərliyi ilə təşkil olunan təqdimatlar dərman bitkilərinin mənşəyi, tərkibi və farmakoloji təsiri arasında əlaqənin sistemli şəkildə izahına yönəlib.
