Ekskursiyanın məqsədi gənclərdə dövlətçilik və suverenlik anlayışlarının möhkəmləndirilməsi, Vətən müharibəsində qazanılmış tarixi Qələbənin əhəmiyyətinin dərk etdirilməsi və vətənpərvərlik hissinin gücləndirilməsi olub.
Zəfər muzeyində nümayiş etdirilən ekspozisiyalar tələbələrə Azərbaycan ordusunun qəhrəmanlıq salnaməsi, torpaqlarımızın azad olunması uğrunda aparılan mübarizə və dövlət müstəqilliyimizin möhkəmləndirilməsi barədə əyani təsəvvür yaradıb.
