Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecində tələbələr üçün “Məqsəddən Uğura – Əczaçının Beynəlxalq Yolu” mövzusunda maarifləndirici və motivasiyaedici görüş keçirilib.
Görüşün qonağı əczaçılıq və ekologiya sahəsində mütəxəssis Fuad Hacıyev olub. O, çıxışı zamanı öz peşəkar inkişaf yolundan, beynəlxalq təcrübəsindən, xüsusilə Çin Xalq Respublikası ilə əlaqəli təhsil və fəaliyyət imkanlarından danışaraq, əczaçılıq sahəsində beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Tədbir interaktiv müzakirələrlə davam edib və tələbələrin böyük marağına səbəb olub.
