12 dekabr – Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecində silsilə anım tədbirləri keçirilib.

Əvvəlcə kollecin rəhbərliyi, müəllim və tələbə heyəti Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb və onun əziz xatirəsini böyük ehtiramla yad ediblər.
Ziyarətdən sonra anım mərasimi kollecin akt zalında davam edib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ardınca Ulu Öndərin və Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir çərçivəsində Ümummilli Liderin həyat və siyasi fəaliyyətini əks etdirən sənədli film nümayiş etdirilib, eləcə də Ulu Öndərin xatirəsinə həsr olunmuş şeir kompozisiyası səsləndirilib.
Eyni zamanda kollecdə Heydər Əliyevin həyat yolu və dövlətçilik fəaliyyətini əks etdirən stend ekspozisiyası, həmçinin onun irsinə dair nəşrlərdən ibarət kitab sərgisi təşkil olunub. Tələbələr stenddə təqdim olunan foto və arxiv materialları, eləcə də sərgidə nümayiş etdirilən kitablarla tanış olaraq Ulu Öndərin zəngin irsi, müasir Azərbaycan dövlətinin formalaşmasındakı tarixi rolu və siyasi fəaliyyətinin əsas məqamları barədə daha geniş məlumat əldə ediblər.

Comments are closed.