Ailə Münasibətləri və Konfliktlərin İdarə Olunması Mövzusunda İnteraktiv Psixoloji Seminar

Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecində TGT-nin təşkilatçılığı və psixoloqun iştirakı ilə “Ailə münasibətləri və konfliktlərin idarə olunması” mövzusunda interaktiv seminar keçirilib.
Tələbələr ailədaxili ünsiyyətdə yaranan çətinliklər, konfliktlərin düzgün idarə olunması, emosional sərhədlərin qorunması və sağlam kommunikasiya qaydaları barədə praktiki məlumatlar əldə ediblər.
Seminar müzakirələr, situasiya nümunələri və sual-cavab formatında davam edib və tələbələrdə ünsiyyət mədəniyyətinə, psixoloji dayanıqlığa və özünüidarə bacarıqlarına dair yeni baxış formalaşdırıb.

Comments are closed.