Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Qazaxıstan Respublikası Səhiyyə Nazirliyi ilə əməkdaşlığı çərçivəsində 27–28 noyabr 2025-ci il tarixlərində Almatı şəhərində keçirilən “Tibb bacısı üzrə mütəxəssislərin hazırlanması” Beynəlxalq Elmi-Praktik Konfransında Ə.Əliyev adına Sumqayıt Tibb Kollecini tədris işləri üzrə direktor müavini Fuad Məmmədov təmsil edib.
Konfrans çərçivəsində keçirilən görüşlər zamanı Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci Qazaxıstan Respublikası TOO “Respublika Ali Tibb Kolleci” və Almatı Şəhər Səhiyyə İdarəsinin “Ali Tibb Kolleci” ilə Anlaşma Memorandumu imzalayıb.
Bu memorandum tibb bacılığı sahəsində təhsil əməkdaşlığının genişləndirilməsinə, tələbə və müəllim mübadiləsinin inkişafına, eləcə də peşəkar kadr hazırlığının keyfiyyətinin artırılmasına mühüm töhfə verəcək.
