Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecinin tələbələri 1 Dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günü çərçivəsində nazirliyin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Sumqayıt Regional Laboratoriyasında olublar.
Səfərin məqsədi tələbələrdə İİV/QİÇS infeksiyası barədə düzgün təsəvvür formalaşdırmaq, infeksiyanın yayılma yolları, laborator diaqnostika prosesləri və profilaktik tədbirlər haqqında praktiki bilikləri gücləndirmək olub.
Laboratoriya əməkdaşları tələbələrə İİV testlərinin mərhələləri, müasir diaqnostik metodlar, biomaterialın qəbulu və analiz prosesi barədə ətraflı məlumat təqdim ediblər. Eyni zamanda tələbələrin sualları cavablandırılıb, QİÇS-lə mübarizədə maarifləndirmənin vacibliyi vurğulanıb.
Tədbir tələbələrdə infeksion xəstəliklər üzrə biliklərin artırılması, profilaktikanın rolu və sağlam həyat tərzinin təşviqi baxımından mühüm əhəmiyyət daşıyıb.
