Fövqəladə hallar zamanı ilk tibbi yardımın göstərilməsi

Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecinin həkimləri tərəfindən 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzinin əməkdaşları üçün “Fövqəladə hallar zamanı ilkin tibbi yardımın göstərilməsi” mövzusunda maarifləndirici təlim təşkil edilib.
Təlim çərçivəsində iştirakçılara ilkin yardımın mahiyyəti, fövqəladə hallar zamanı yarana biləcək zədələyici amillər, güclü təsirli zəhərləyici maddələrlə zəhərlənmələr, müxtəlif növ qanaxmalar və uzunmüddətli sıxılma sindromu zamanı yardımın göstərilməsi qaydaları barədə ətraflı məlumat verilib.
Təlim interaktiv formatda həyata keçirilib, iştirakçıların ünvanladıqları suallar həkim-mütəxəssislər tərəfindən cavablandırılıb.
Sonda isə maarifləndirici bukletlər təqdim olunub.

Comments are closed.