Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional İdarəsinin əməkdaşlarının iştirakı ilə tələbələr üçün ekoloji maarifləndirmə tədbiri təşkil olunub.
İdarənin nümayəndələri ətraf mühitin mühafizəsi, ekoloji məsuliyyət, qanunvericilik və gündəlik ekoloji vərdişlər barədə tələbələrə məlumat veriblər. Sessiyada həmçinin tibbi tullantıların təhlükəsiz idarə olunması, bioloji və kəskin tullantıların düzgün toplanması və utilizasiyası mövzuları da izah olunub.
Tədbir gənclərdə ekoloji şüurun formalaşdırılması və məsuliyyətli yanaşmanın təşviqi baxımından olduqca əhəmiyyətli olub.
