Zəfər Gününə həsr olunmuş “Qələbənin Səsi” adlı xor ifası uğurla həyata keçirilmişdir!

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) media dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və “Baku Community Choir”ın təşkilatçılığı ilə “Ey Azərbaycanım” adlı musiqi əsəri səsləndirilmişdir.

Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecinin tələbələri də bu möhtəşəm fləşmobda fəal iştirak edərək gənclərin birliyini, yüksək vətənpərvərlik ruhunu və Zəfər Gününə olan qürur hissini böyük coşqu ilə ifadə ediblər.

Comments are closed.