Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecində Zəfər Gününün 5 illiyi qürur və ehtiramla qeyd edilib.

Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecində Zəfər Gününün 5 illiyi qürur və ehtiramla qeyd edilib.
Tədbirdə Vətən Müharibəsi Qəhrəmanları Mehrab Niftəliyev və Sübhan Cəbrayılovun ailə üzvləri, həmçinin kollecin tələbəsi, Vətən müharibəsi iştirakçısı Səddam Xəlilzadə xüsusi qonaq qismində iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canını fəda etmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Kollecin direktoru, t.e.d., əməkdar həkim Rəfayıl Eyvazov çıxışında 8 Noyabr – Zəfər Gününün Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazıldığını vurğulayıb, Vətən müharibəsində qəhrəmanlıq göstərmiş bütün igidlərə dərin ehtiramını bildirib. “Bu Qələbə ulu öndər Heydər Əliyevin müəyyən etdiyi milli ideologiyanın və onun layiqli davamçısı Prezident İlham Əliyevin qətiyyətli siyasətinin nəticəsidir” – deyə direktor vurğulayıb.
Tədbir çərçivəsində qəhrəman tələbə Səddam Xəlilzadə göstərdiyi igidliyə görə Fəxri Fərmanla təltif edilib.
Tədbirin bədii hissəsində tələbələrin ifasında Vətənə sevgi, Zəfərə qürur və şəhidlərə ehtiramı ifadə edən şeirlər, mahnılar və rəqs kompozisiyaları səsləndirilib.
Tədbirin sonunda çıxış edən müəllim və tələbələr qeyd ediblər ki, 8 Noyabr — Zəfər Günü Azərbaycanın əbədi qürur günüdür və bu Qələbə hər bir azərbaycanlının yaddaşında milli birliyin, xalq-ordu birliyinin və Ali Baş Komandanın qətiyyətinin təntənəsi kimi qalacaq.

Comments are closed.