Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci Tələbə Gənclər Təşkilatının fəal üzvləri arasında 20 oktyabr – 20 noyabr tarixlərini əhatə edən “Uşaq hüquqları aylığı” çərçivəsində “Uşaqların hüquqları pozularsa, cəmiyyət nə itirir?” adlı maarifləndirici tədbir təşkil olunub.
Tədbir debat formatında davam edib.
Birinci qrup “Pozulmuş hüquqların nəticələri”, ikinci qrup isə “Hüquqların qorunmasının müsbət nəticələri” mövzusunda çıxış edərək uşaq hüquqlarının cəmiyyətə təsirini fərqli aspektlərdən təqdim ediblər.
Müzakirələr zamanı uşaq hüquqlarının qorunmasının cəmiyyətin mənəvi və sosial inkişafında rolu, həmçinin hüquqların pozulmasının fəsadları barədə ətraflı fikir mübadiləsi aparılıb.
Sonda vurğulanıb ki, uşaqların hüquqlarını qorumaq — gələcəyi qorumaqdır.
