Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecinin tələbələri 2025-ci ilin “Gənclər Paytaxtı” Sumqayıt şəhərinin tədbirlər planı çərçivəsində oktyabrın 28-dən 31-dək təşkil olunan “Gənclərin İnkişaf Marafonu” adlı təlim proqramında fəal iştirak ediblər.
Proqram çərçivəsində gənclər motivasiya, liderlik, komanda işi, effektiv ünsiyyət, stresin idarə olunması, şəxsiyyət və özünü tanıma mövzularında keçirilən interaktiv təlimlərdə iştirak ediblər. Qrup müzakirələri, oyunlar və praktik tapşırıqlar vasitəsilə onların şəxsi və sosial bacarıqları inkişaf etdirilib.
Tədbirin sonunda tələbələrimizə sertifikatlar təqdim olunub.
