Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci və Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (ASİHİ RK) birgə təşəbbüsü ilə gənclər arasında narkomaniya və digər zərərli vərdişlərin qarşısının alınması, sağlam həyat tərzinin təbliği məqsədilə maarifləndirici tədbir təşkil olunub.
Tədbirdə ASİHİ RK-nın nümayəndələri, Sumqayıt Şəhər İcra Hakimiyyətinin təmsilçisi, DİN Narkomaniyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşı, həmçinin Sumqayıt Narkoloji Dispanserin baş həkimi və Sumqayıt Tibb Kollecinin rəhbərliyi iştirak ediblər.
Tədbir iştirakçıları gəncləri sağlam seçimlərə, zərərli vərdişlərdən uzaq durmağa və sağlam gələcək naminə birləşməyə çağırıblar.
“Narkomaniyaya Yox!” deyək və sağlam gələcəyə birlikdə addımlayaq! 💪