Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecində Uşaq Hüquqları Aylığı çərçivəsində elmi-praktik konfrans keçirilib.
Tədbir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqların cins seçiminin qarşısının alınmasına dair 2020–2025-ci illər üçün Tədbirlər Planı”na uyğun olaraq, uşaqların doğulmaq və yaşamaq hüququnun qorunması, gender bərabərliyinin təbliği və ailədə sağlam dəyərlərin möhkəmləndirilməsi məqsədilə təşkil olunub.
📍 Mamalıq şöbəsinin tələbəsi Türbət Güliyev,
📍 həkim-ginekoloq Xəyalə Şəfiyeva,
📍 və psixoloq Gülnar Yusifova mövzuya tibbi, psixoloji və insani baxış bucağından yanaşıblar.
Tədbir zamanı uşaqların yaşamaq hüququnun qorunması, gender bərabərliyinin təbliği və ailə dəyərlərinin möhkəmləndirilməsi önə çəkilib.
