İlk tibbi yardım

Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecinin təşkilatçılığı ilə İqtisadi Zonaların İnkişafı Agentliyi nəzdində Peşə Təhsil Mərkəzində “İlk tibbi yardım” mövzusunda maarifləndirici təlim keçirilib.
Təlimdə kollecin müəllimləri — həkim Sevda Hüseynova və həkim Günel Rəhimova çıxış edərək, qəfil vəziyyətlərdə düzgün ilkin yardımın göstərilmə qaydaları, təcili tibbi yardım çağırışı zamanı atılmalı addımlar, həmçinin süni tənəffüs və ürək masajının aparılması barədə iştirakçılara ətraflı məlumat veriblər.
Təlim interaktiv şəkildə keçib, iştirakçılar praktik nümunələr üzərində ilkin yardım bacarıqlarını sınayıblar.

 

Comments are closed.