Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecində Tələbə Gənclər Təşkilatı və Tələbə Həmkarlar İttifaqı Komitəsinin yeni üzvləri ilə görüş keçirilib.
Görüşün məqsədi tələbələrin ictimai fəallığının artırılması, təşkilatların fəaliyyəti barədə məlumatlandırmaq və gənclərin təşəbbüskarlığını dəstəkləmək olub.
Tədbirdə çıxış edənlər TGT və THİK-in məqsəd və vəzifələri, sosial layihələr, könüllülük fəaliyyəti və tələbə rifahına yönəlmiş işlər haqqında məlumat veriblər.
Görüş interaktiv şəkildə keçib, tələbələr öz ideya və təkliflərini bölüşüblər.
