18 oktyabr – Azərbaycan Respublikasının Müstəqilliyinin Bərpası Günü

Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecinin tələbə heyəti üçün 18 oktyabr – Azərbaycan Respublikasının Müstəqilliyinin Bərpası Günü münasibətilə Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub.
Tələbələr Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş ekspozisiyalarla tanış olaraq, Azərbaycanın dövlətçilik tarixində müstəqilliyin bərpasının əhəmiyyəti barədə ətraflı məlumat əldə ediblər.
Ekskursiya çərçivəsində müasir dövlət quruculuğu, milli inkişaf mərhələləri və Heydər Əliyev irsinin rolu barədə maarifləndirici söhbətlər aparılıb.

Comments are closed.