Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci, 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Abşeron–Xızı Regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Sağlam gənclik – sağlam gələcək” mövzusunda Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının Ürək-Damar şöbəsinin rəisi, tibb xidməti mayoru Cavid İbrahimov ilə görüş keçirilib.
Görüş interaktiv şəkildə keçib, tələbələrin çoxsaylı sualları cavablandırılıb və onlara faydalı məsləhətlər verilib.
