Konstitusiya və Suverenlik ili

Səhiyyə Nazirliyi Əziz Əliyev adına Sumqayıt Tibb Kollecinin müəllim və tələbə heyəti “Konstitusiya və Suverenlik ili” çərçivəsində Sumqayıt Şəhər Məhkəməsinə ekskursiya edib.
 
Ekskursiya zamanı Sumqayıt Şəhər Məhkəməsinin hakimi Samir İsmayılov Prezident İlham Əliyevin 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasının dövlətçilik tariximizin, milli qanunlarımızın və suverenliyimizin bərpasının öyrənilməsi və təbliği baxımından əhəmiyyətini vurğulayıb. O, həmçinin 2023-cü ildə həyata keçirilən antiterror əməliyyatları nəticəsində dövlət suverenliyimizin tam bərpasının böyük tarixi qələbə olduğunu qeyd edib.
Tədbirdə kollecin müəllimi Fərhad Mustafayev də çıxış edərək tələbələrin hüquqi biliklərinin artırılmasının, onların Konstitusiyamızın mahiyyəti, dövlətin ali qanunlarının rolu və vətəndaşların hüquq və vəzifələri barədə məlumatlandırılmasının vacibliyini qeyd edib. O, belə tədbirlərin tələbələrdə hüquqi dünyagörüşün formalaşmasına mühüm töhfə verdiyini bildirib.

Comments are closed.