Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecində Azərbaycan Respublikasının “İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üzrə Tədbirlər Planı”na uyğun olaraq “Rəqəmsal mühitdə kibertəhlükəsizlik və süni intellektin rolu” mövzusunda maarifləndirici seminar təşkil olunub.
Seminarda İqtisadi Zonaların İnkişafı Agentliyi nəzdində Peşə Təhsil Mərkəzindən beynəlxalq təlimçi, İT proqramlaşdırma və süni intellekt üzrə müəllim Ramid Ağayev çıxış edib.
Seminarda rəqəmsal texnologiyaların inkişafı şəraitində tibbi məlumatların qorunması, kibertəhlükəsizliyin təmin edilməsi və süni intellektin səhiyyə sahəsində tətbiqi məsələləri müzakirə olunub.
Sonda tələbələrin sualları cavablandırılıb və mövzu ətrafında fəal diskussiya aparılıb.
