27 Sentyabr Anım Günü

Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecində 27 Sentyabr – Anım Günü münasibətilə Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və qəhrəmanlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Kollecin direktoru, t.e.d., əməkdar həkim Rəfayıl Eyvazov çıxışında bildirib ki, xalqımızın mübarizə ruhu, dövlətimizin qətiyyəti və ordumuzun şücaəti sayəsində Azərbaycan bu gün qalib xalq kimi öz haqq səsini dünyaya çatdırır. O vurğulayıb ki, şəhidlərimizin canı və qanı bahasına yazılan qəhrəmanlıq salnaməsi daim nəsillərə örnək olacaq, xalq–dövlət birliyi isə bu qələbənin ən möhkəm dayağıdır.
Daha sonra kollecin müəllimi Səidə Həsənova çıxış edərək şəhidlərin şərəfli yolundan, onların Vətən uğrunda göstərdiyi igidliklərdən bəhs edib.
Kollecin Tələbə Gənclər Təşkilatının fəal üzvləri isə Vətən mövzusunda şeirlər səsləndirərək xalqımızın qəhrəman övladlarının xatirəsini qürurla yad ediblər.

Comments are closed.