Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecinin rəhbərliyi, Tələbə Həmkarlar İttifaqı Komitəsinin fəal üzvləri Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən qəhrəman oğul və qızlarımızın xatirəsinin əziz tutulması məqsədilə Sumqayıt şəhər Şəhidlər xiyabanını ziyarət ediblər.
Ziyarət zamanı gənclər şəhidlərimizin xatirəsini ehtiramla yad edərək, abidənin önünə əklil və gül dəstələri düzüblər. Tələbələr Vətən uğrunda qəhrəmancasına canlarını fəda edən şəhidlərimizin daim qəlblərdə yaşayacağını, onların göstərdiyi igidliyin gələcək nəsillər üçün örnək olduğunu vurğulayıblar.
