27 Sentyabr Anım Günü

Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecinin kitabxanasında 27 sentyabr – Anım Günü münasibətilə “Anım Günü – qəhrəmanlıq və vətənpərvərlik nümunəsi” mövzusunda dəyirmi masa təşkil olunub.
Dəyirmi masa Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanıb.
Müzakirələr zamanı kollecin tarix müəllimi Kəmalə Yolçiyeva “44 günlük müharibənin tarixi əhəmiyyəti” mövzusunda çıxış edib. Psixoloq Nəzrin İsmayılova şəhidlərin xatirəsinin gənclərin mənəvi tərbiyəsində oynadığı rolu diqqətə çatdırıb.
Müzakirələrdə tələbələr də fəal iştirak edərək, şəhidlərin xatirəsinin uca tutulması və gənclərin vətənpərvərlik tərbiyəsi ilə bağlı öz fikirlərini bölüşüblər.
Sonda vurğulanıb ki, Anım Günü xalqımızın yaddaşında həm kədər, həm də qürur günü kimi qalacaq.

Comments are closed.