Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecinə 2025/2026-cı tədris ilində qəbul olmuş şəxslər https://portal.edu.az portalına daxil olub, "Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı" xidmətini seçməklə onlayn formada qeydiyyatdan keçməlidirlər.
Onlayn formada qeydiyyat zamanı tələb olunan sənədlərin siyahısı:
- Hərbi biletin (hərbi xidmətdə olmayanlar üçün çağırışçı vəsiqəsinin) surəti;
- Təhsil haqqından azad olan imtiyazlı şəxslər üçün müvafiq sənədlərin surətləri.
📌 Ödənişli əsaslarla təhsil alacaq tələbələr illik təhsil haqqının minimum yarısını ödəməlidir.
📌 Təhsil tələbə kreditinə müraciət etmək istəyən abituriyentlərin nəzərinə:
- Standart təhsil tələbə kreditinə qəbul balı 110 və daha yuxarı olanlar müraciət edə bilərlər. Standart təhsil tələbə krediti əldə etmək üçün təhsil haqqının 20 faizi tələbə tərəfindən mütləq ödənilməlidir.
- Sosial təhsil tələbə krediti olduqda heç bir bal limiti yoxdur.
