* Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecinə Azərbaycan Respublikasının vətəndaşları qəbul olmaq hüququna malikdirlər;
* Beynəlxalq əməkdaşlıq çərçivəsində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər kollecdə təhsil ala bilərlər;
* Kollecə qəbul tam orta təhsil bazasında Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilir;
* Qəbul buraxılış imtahanının nəticələrinə əsasən aparılacaq. Əvvəlki illərin məzunları isə buraxılış imtahanı formatında Azərbaycan dili, riyaziyyat və xarici dil fənlərindən qəbul imtahanı verəcəklər;
* Müsabiqə tibb bacısı (qardaşı), mama, əczaçı və diş texniki ixtisasları üzrə aparılır;
* Təhsil əyani formada, dövlət hesablı və ödənişli əsaslarla keçirilir;
* Kollecin təkmilləşmə kurslarına qəbul Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş təqvim planına və qaydalarına əsasən həyata keçirilir.