Məzun Günü

Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecində növbəti tədris ilinin sonunda ənənəvi olaraq “Məzun Günü” tədbiri təşkil olunub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib, ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Məzun Günü” tədbirində kollecin müəllim heyəti, məzun tələbələr, onların valideynləri və dəvətli qonaqlar iştirak edib. Tədbiri giriş sözü ilə açan kollecin direktoru, tibb elmləri doktoru, əməkdar həkim Rəfayıl Eyvazov iştirakçıları salamlayaraq məzunları təbrik edib və onlara gələcək peşə fəaliyyətlərində uğurlar arzulayıb. Direktor öz çıxışında məzunlara Vətənə və xalqa sədaqətlə xidmət etməyi, peşəkar və vicdanlı səhiyyə işçisi kimi formalaşmağı, təhsil aldıqları müəssisənin adını hər zaman uca tutmağı tövsiyə edib.
Tədbir çərçivəsində tədris müddətində yüksək akademik nailiyyətlər əldə edən, kollecin ictimai həyatında fəallıq göstərən məzunlara kollecin rəhbərliyi və Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) tərəfindən Təşəkkürnamələr təqdim edilib.
Tədbir Kollec Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə musiqili-əyləncəli proqramla davam edib və bayram ab-havasında yekunlaşıb.

Comments are closed.