Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecində Yaz Semestrinin İmtahan Sessiyası başlayıb

Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecində 2024/2025-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası başlayıb.
Sessiya əyani şəkildə təşkil olunub və 5 həftə müddətində davam edəcək.
✅ İmtahanlar əvvəlcədən tərtib olunmuş cədvələ uyğun keçiriləcək. Cədvəl haqqında ətraflı məlumat şöbələr və qruplar üzrə təqdim olunub.
✅ Tələbələrin biliyinin qiymətləndirilməsində müxtəlif formaların tətbiqinin əhəmiyyətini nəzərə alaraq, imtahanların qəbulu test və yazılı formada təşkil ediləcək.
✅ İmtahanların gedişinə operativ nəzarət və tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə “İmtahan Qərargahı” yaradılıb. Eyni zamanda imtahanların idarə olunması üçün tədris-köməkçi heyətdən ibarət Nəzarət qrupu fəaliyyət göstərəcək.
📌 QEYD: üzürlü səbəbdən imtahanda iştirak etməyən və akademik borcu yaranmış tələbələrə imtahan sessiyasından sonra təkrar imtahan vermək imkanı yaradılacaq.
İmtahanlarda uğurlar, əziz tələbələr!

IMG-20250602-WA0048

Comments are closed.