Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci 2025/2026-cı tədris ilində əlavə (təkrar) təhsil almaq üçün qəbul elan edir!

2025/2026-cı tədris ili üzrə əlavə (təkrar) təhsilə sənəd qəbulu başladı!
📌 Əlavə (təkrar) təhsil almaq istəyən orta ixtisas təhsilli məzunlar üçün elektron sənəd qəbulu portal.edu.az vasitəsilə həyata keçirilir.
📌 Ali təhsilli bakalavrların kolleclərə qəbul prosesi isə vətəndaşla Kollec arasında bağlanmış fərdi müqavilə əsasında təşkil olunur.

TƏLƏB OLUNAN SƏNƏDLƏR:
1. Direktorun adına ərizə
2. Diplomun notarial qaydada təsdiq olunmuş surəti
3. Diploma əlavənin notarial təsdiqli surəti
4. my.gov.az portalından çıxarış
5. İş yeri varsa: əmək kitabçasının surəti və ya arayış
6. Sağlamlıq haqqında arayış (Forma 086)
7. Yaşayış yerindən arayış
8. Şəxsiyyət vəsiqəsinin surəti (4 ədəd)
9. 3x4 sm ölçüdə fotoşəkil (4ədəd)
10. Attestat və surəti (1 ədəd)

🗓️Sənəd qəbulu üçün son tarix: 15 iyul 2025

IMG-20250527-WA0029

Comments are closed.