Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecində Vertebra Onurğa Tibb Mərkəzinin baş həkimi, akademik, professor İradə Hacıyevanın iştirakı ilə elmi - maarifləndirici tədbir keçirilib.
Peşəkar vertebroloq İradə Hacıyeva tələbə və müəllim heyəti ilə görüşdə onurğa sütunu əyrilikləri – xüsusilə skolioz, kifoz və lordoz kimi patologiyaların – formalaşma səbəbləri, erkən diaqnostikasının əhəmiyyəti və müasir müalicə üsulları, həmçinin profilaktik tədbirlər barədə ətraflı məlumat verib.
Tədbir çərçivəsində interaktiv müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb və mövzuya aid praktik tövsiyyələr təqdim olunub.