Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecində Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi ilə birgə təşkilatçılıqla “Sağlam Gənclik – Sağlam Ailə” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirin əsas məqsədi gənclər arasında sağlam həyat tərzinin təbliği, ailə dəyərləri, reproduktiv sağlamlıq və ailə planlaması sahəsində maarifləndirmənin aparılması olub.