İİV/QİÇS-lə bağlı maarifləndirmə aksiyası

Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecində Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Sumqayıt Regional Laboratoriyasının əməkdaşlarının iştirakı ilə növbəti maarifləndirmə aksiyası təşkil olunub.
Maarifləndirici tədbirdə İİV/QİÇS-in yoluxma yolları, qorunma vasitələri, erkən diaqnostikanın əhəmiyyəti və bu xəstəliyin sosial-psixoloji aspektləri barədə ətraflı məlumat verilib. Tələbələrə İİV-lə yaşayan insanların hüquqlarının qorunması, diskriminasiyaya qarşı mübarizə və cəmiyyətin bu mövzuda düzgün maariflənməsinin vacibliyi vurğulanıb.
Tədbir zamanı könüllü anonim müayinələr də aparılıb. Laboratoriya əməkdaşları tərəfindən yerində testlər həyata keçirilib və iştirakçılara fərdi məsləhətlər verilib.
Maarifləndirici aksiya tələbələr tərəfindən böyük maraqla qarşılanıb və onların sağlam həyat tərzinə dair biliklərinin möhkəmləndirilməsi baxımından əhəmiyyətli bir addım olub.

Comments are closed.