Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci 2025/2026-cı tədris ili üçün əcnəbi və vətəndaşlığı olmayan şəxslər arasında qəbul elan edir!
İxtisaslar:
• Tibb bacısı (qardaşı)
• Mama
• Əczaçı
• Diş texniki
Əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün tələb olunan sənədlər:
- əvvəlki təhsil pilləsində (səviyyəsində) keçdiyi fənlər və həmin fənlərdən aldıqları qiymətləri göstərən və müvafiq qaydada leqallaşdırılmış (və ya apostil olunmuş) təhsil haqqında sənədin (sənədlərin) və onun Azərbaycan dilinə tərcüməsinin notariat qaydada təsdiq edilmiş surəti (surətləri);
- sağlamlıq, o cümlədən QiÇS, Hepatit B və C viruslarının daşıyıcısı olmaması haqqında arayış;
- etibarlı sərhədkeçmə sənədi;
- tədris dilindən imtahan verilməsi barədə sertifikat;
- fəxri təltiflər, sertifikatlar, diplomlar və digər bu kimi sənədlərin surətləri (mövcud olduğu halda).
🗓️ Son müraciət tarixi: 15 iyul 2025-ci il
📌 Qeydiyyat yalnız portal.edu.az saytındandır!
