Beynəlxalq Ailə Günü

Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci və "Psixoloji İnkişaf və Maarifləndirməyə Dəstək" İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Gənclər və Ailə Dəyərləri: Hörmət, Məsuliyyət və Anlayış” adlı Forum Teatr formatlı psixo-sosial tədbir keçirilib.
Tədbirin moderatoru, psixoloq Kamil Həmidov ailə münasibətləri, empatiya və gənclərin sosial məsuliyyəti mövzusunda tələbələrlə interaktiv təqdimat və müzakirələr aparıb.
“Ailə nədir: Dəstək, məsuliyyət, yoxsa...?” sualı ətrafında səhnələşdirilən mini performanslar və diskussiyalar tələbələrin böyük marağına səbəb olub.

Comments are closed.