Çıxan protezlerin hazırlanma texnikası

Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecinin “Ortopedik stomatologiya” şöbəsinin TGT fəalları arasında “Çıxan protezlərin hazırlanması texnikası” üzrə yarış təşkil olunub.
Yarış kollecin təcrübəli müəllimlərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. Tələbələr nəzəri bilikləri praktik bacarıqlarla birləşdirərək protezlərin hazırlanması mərhələlərini uğurla yerinə yetiriblər.
Yarışın sonunda I, II və III yerləri tutan iştirakçılar elan olunaraq diplom və mükafatlarla təltif olunublar. Digər iştirakçılara isə yarışda fəal iştiraklarına görə təşəkkürnamələr təqdim edilib.

Comments are closed.