Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecində xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev: Müstəqillik Yolunun Dahi Lideri” adlı anım tədbiri keçirilib.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş olunub. Film vasitəsilə iştirakçılar dahi rəhbərin ölkəmizin inkişafı, dövlət müstəqilliyinin möhkəmləndirilməsi və sağlamlıq sisteminin təkmilləşdirilməsi sahəsində misilsiz xidmətləri ilə daha yaxından tanış olublar.
Tədbirdə açılış nitqi ilə çıxış edən kollecin direktoru t.e.d., əməkdar həkim Rəfayıl Eyvazov tədbir iştirakçılarını salamlayaraq, Heydər Əliyev irsinin bu gün də Azərbaycan xalqı üçün mühüm yol göstərici olduğunu vurğulayıb. Direktor çıxışında ulu öndərin təhsilə və səhiyyəyə göstərdiyi xüsusi diqqət və qayğını qeyd edərək, gənclərin onun ideyaları əsasında tərbiyə olunmasının vacibliyini bildirib.
Tədbir Tələbə Gənclər Təşkilatı (TGT) və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) birgə hazırladığı bədii hissə ilə davam edib. Tələbələr tərəfindən ulu öndərə həsr olunmuş şeirlər səsləndirilib, musiqi nömrələri təqdim olunub.