Narkotikə Yox Deyək!

Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecində gənclər arasında sağlam həyat tərzinin təbliği və narkomaniyaya qarşı mübarizə məqsədilə “Narkotikə yox deyək” mövzusunda maarifləndirici seminar keçirilib.
Seminarda kollecin direktoru, tibb elmləri doktoru, əməkdar həkim Rəfayıl Eyvazov və Sumqayıt şəhər Narkoloji dispanserin baş həkimi Vüsal Cabbarov çıxış edərək, narkotik vasitələrin insan sağlamlığına, psixikasına və sosial həyata mənfi təsirləri barədə ətraflı məlumat veriblər.
Tədbirdə tələbələrə narkomaniyanın fəsadları, onun qarşısının alınması yolları və cəmiyyətə vurduğu zərərlər haqqında geniş maarifləndirici məlumatlar təqdim olunub. Müəllim və tələbə heyətinin fəal iştirakı ilə keçən seminar interaktiv formatda davam edib, iştirakçıların sualları cavablandırılıb.

Comments are closed.