Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecində GARB GROUP və VITA Academy-nin birgə təşkilatçılığı ilə ortopedik stomatologiya şöbəsində təhsil alan tələbələr üçün “VITA VMK üzərində Akzent Plus – Dişlərin 3D daxili rənglənməsi üsulu” mövzusunda seminar keçirilib.
Seminarın təlimçisi, VITA-nın Azərbaycandakı rəsmi demonstratoru Zabilə Abbasova, müasir rəngləmə texnologiyaları barədə ətraflı məlumat verib. Tədbirdə iştirak edən diş texnikliyi ixtisası üzrə təhsil alan tələbələr və müəllim heyəti Akzent Plus rəngləmə sisteminin imkanları, üstünlükləri və tətbiq sahələri ilə yaxından tanış olublar.
Təqdimat zamanı real klinik nümunələr əsasında rəngləmə texnikaları nümayiş etdirilib, tələbələrə 3D daxili rəngləmə üsulunun praktiki tətbiqi ilə bağlı mühüm biliklər aşılanıb. Seminar, tələbələrin peşəkar biliklərini artırmaq və müasir stomatoloji materiallarla işləmə bacarıqlarını inkişaf etdirmək baxımından olduqca faydalı olub.