Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecində 5 May – Beynəlxalq Həkim-Mama Günü münasibətilə elmi-praktik konfrans təşkil olunub.

Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecində 5 May – Beynəlxalq Həkim-Mama Günü münasibətilə elmi-praktik konfrans təşkil olunub.
Konfransda Sumqayıt Tibb Mərkəzinin tabeliyində Perinatal Mərkəzin həkim-ginekoloqu Səlmi Ağayeva doğuş prosesində müasir yanaşmalar və mamaların rolu barədə, Kollecin müəllimi, mama-ginekoloq, kolposkopist Xəyalə Şəfiyeva isə kolposkopiya və uşaqlıq boynu xəstəliklərinin erkən diaqnostikası mövzusunda təqdimatla çıxış edərək, mövzu üzrə müasir yanaşmaları iştirakçılarla bölüşüblər.
Eyni zamanda Mamalıq ixtisası üzrə təhsil alan 2-ci kurs tələbəsi Nəcəfova Xəyalə bu peşəni seçmə səbəbləri və gələcək arzuları barədə səmimi fikirlərini bölüşüb.
Konfrans çərçivəsində həmçinin icbari tibbi sığortanın ana və uşaq sağlamlığının qorunmasında, hamiləlik və doğuş proseslərində əhəmiyyəti vurğulanıb. Bu barədə Sumqayıt Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Ramil Zeynallı iştirakçılara ətraflı məlumat təqdim edib.
Daha sonra Kollecin müəllimi Məlikova Vüsalə mamaların peşəkar kimi yetişdirilməsi istiqamətində görülən işlər, tədris prosesi və praktik təlimlər barədə geniş məlumat verib.
Konfrans zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb, fikir mübadiləsi aparılıb.
Sonda mama tələbələrinin dərs və praktik məşğələlərindən ibarət videoçarx nümayiş edilib.

Comments are closed.